Aİ Şurası Ukraynaya 1 milyard avro məbləğində hərbi yardım ayırıb

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Avropa İttifaqı (Aİ) Şurası, Avropa Sülh Fondu (EPF) çərçivəsində Ukraynaya 1 milyard avro məbləğində hərbi yardımın ayrılması barədə qərar qəbul edib. Yardım paketi, Ukrayna Silahlı Qüvvələrinin silah tədarükünü artırmağa yönəldiləcək.
Verilən vəsaitlər pilotsuz uçuş aparatlarının, hava hücumundan müdafiə (HHM) vasitələrinin, döyüş sursatlarının, radioelektron mübarizə avadanlıqlarının, radiolokasiya sistemlərinin və partlayıcı maddələrin satın alınması üçün istifadə olunacaq. Planlaşdırılan tədarüklərin 2027-ci ilin sonuna qədər həyata keçirilməsi nəzərdə tutulur.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, Ukraynanın döyüş meydanında və danışıqlarda mövqelərini gücləndirmək üçün Avropanın dəstəyinə arxalana biləcəyini vurğulayıb. O, bildirib ki, bu yeni yardım, Ukraynanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək.
Kallas, "Bu gün biz Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün əlavə 1 milyard avronun ayrılmasını təsdiqləyirik. Bu vəsaitlər, Ukraynanın kritik ehtiyaclarına uyğun olaraq pilotsuz uçuş aparatları, HHM sistemləri və döyüş sursatlarının alınmasına sərf olunacaq," - deyə qeyd edib.
Bu qərar, Avropa Sülh Fondu çərçivəsində Ukraynaya dəstək vermək məqsədilə 2026-cı il sentyabrın 25-də Aİ-yə üzv dövlətlər tərəfindən qəbul olunmuş 6,6 milyard avro məbləğində siyasi razılaşmanın həyata keçirilməsi istiqamətində atılan bir addımdır.