Fransa İsveçlə birgə hərbi təlim keçirib

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Fransa və İsveç, noyabrın 16-dan 18-dək, İsveçin şimalında hava çəkindirməsi sahəsində strateji əməkdaşlığa həsr olunmuş ilk birgə hərbi təlim təşkil edib. Bu barədə məlumatı Fransanın Silahlı Qüvvələr və Veteranlar Nazirliyi yayıb.
"EXCALIBUR" adı ilə keçirilmiş təlimdə Fransa “Rafale” qırıcıları, İsveç isə “Qripen” və MRTT yanacaqdaşıyan təyyarəsi ilə iştirak edib. Təlimin keçirilməsi zamanı nüvə silahından istifadə edilmədiyi bildirilib.
Fransa Müdafiə Nazirliyinin məlumatına görə, bu təlim hər iki ölkənin Strateji Hava Qüvvələri ilə İsveç Hərbi Hava Qüvvələri arasında qarşılıqlı fəaliyyət imkanlarını gücləndirmək məqsədi güdür. Bununla yanaşı, birgə əməliyyatların həyata keçirilməsi qabiliyyətini artırmaq təməl məqsəd kimi qeyd edilib.
Təlimin heç bir ölkəyə qarşı yönəlmədiyi və nüvə silahının tətbiqini nəzərdə tutmadığı vurğulanıb. Bu tədbir, Fransa və İsveçin əməkdaşlığına dair mühüm bir addım kimi qiymətləndirilir. Eyni zamanda, Fransa Misirlə Aralıq dənizində “Kleopatra 2026” adlı birgə hərbi-dəniz təliminə də başlayıb.