Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi ilə qarşılanıb. Mərasimin keçirildiyi meydanda Vyetnam və Azərbaycanın dövlət bayraqları dalğalanırdı.
Rəsmi qarşılanma mərasimi zamanı Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam və xanımı No Fon Li, Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladı. Əvvəlcə hər iki ölkənin himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verərək, mərasimə start verdi. Prezidnetlər fəxri qarovul dəstəsinin qarşısından keçərək, dövlətlərin nümayəndə heyətinin üzvləri ilə tanış oldular.
Mərasim hərbi marş səsləri altında baş tutdu. Vyetnamın rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident To Lama təqdim edildi. Bu rəsmi qarşılanma mərasimi iki ölkə arasındakı dostluq əlaqələrinin güclənməsinə dəstək məqsədini daşıyır.