Rusiyanın Krımda hərbi ehtiyatları bu tarixə kimi tükənəcək

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Rusiyanın işğal altındakı Krımda yerləşdirdiyi hərbi ehtiyatların yalnız Yeni ilə qədər kifayət edəcəyi bildirilib. Bu sözləri ukraynalı hərbi ekspert Aleksey Getman açıqlayıb.
Getman, Krıma gedən quru təchizat yollarını analiz edərək qeyd edib ki, Rusiya hərbi qarnizonu üçün zəruri olan silah-sursatın böyük hissəsi Krım körpüsü vasitəsilə daşınır. Bununla yanaşı, Kerç boğazındakı bərə keçidi və hava yastıqlı desant gəmiləri də əlavə təchizat yolları hesab olunur. Lakin bu nəqliyyat vasitələrinin daşımada imkanları məhdud olduğundan, vəziyyət getdikcə çətinləşir.
Ekspert, Rusiya ordusunun hazırda mühasirə vəziyyətində olduğunu vurğulayıb. Ona görə də, indiki vaxtda hərbi bölmələrin yalnız ehtiyac duyduqları təchizatın onda birini əldə edə bilməsi, ordunun fəaliyyətini ciddi şəkildə mənfi təsir edə bilər. Getmanın fikrincə, Rusiya qüvvələrinin anbarlarda mövcud olan ehtiyatlarla müəyyən müddət fəaliyyət göstərməsi mümkün olsa da, ehtiyatlar zamanla tükənə bilər.
Ukrayna ordusunun noyabrın 16-sı və 17-də Krım körpüsünə zərbələri nəticəsində körpünün müəyyən hissəsi tamamilə dağılıb. Bu hadisə, yarımadaya təchizatın çatdırılması imkanlarını daha da məhdudlaşdırır.