“Verilişlərimizi bağladınız, tənqid olunan şeylər yenə efirdədir" - VİDEO

Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir.
Aparıcı Zaur Baxşəliyev, həmkarı Elgiz Əkbərin verilişlərlə bağlı fikirlərinə dəstək verib. O, öz fikirlərini sosial şəbəkədə açdığı canlı yayımda izah edib. Zaurun sözlərinə görə, tənqid olunan proqramlar hələ də efirdə yayımlanmaqdadır.
Baxşəliyev, canlı yayım zamanı "Hansı yenilik var? Tənqid olunan şeylərin hamısı yenə gedir efirə. Elgiz düz deyir. Nə desin?" ifadələrini vurğulayıb. Onun sözlərinə görə, televiziya kanallarında yeni verilişlərin olmaması narahatlıq doğurur.
Aparıcı, maliyyələşdirilməsinə baxmayaraq, televiziya proqramlarının keyfiyyətinin aşağı düşdüyünü qeyd edib. "Pul alırlar, maliyyələşirlər, ortada yeni heç nə yoxdur" deyərək, müasir televiziyanın vəziyyəti ilə bağlı fikirlərini açıqlayıb.
Zaur, Biləcəri ərazisindən kənara çıxmayan verilişlərin populyarlığından da narazılığını bildirib. "Kimə baxırlar? Hansı veriliş populyardır, hansı proqram dünyaya çıxır?" suallarıyla izləyicilərin vəziyyətini sorğulayıb. Aparıcı, izləyicilərin sosial şəbəkələrə yönəlməsinin səbəblərindən də söhbət açıb. Son olaraq, ümidini bildirərək, "İnşallah, tezliklə həll olunar" ifadəsini istifadə edib.
Materiallardan istifadə zamanı istinad mütləqdir.