“Bitcoin”in qiyməti son iki ildə ilk dəfə 56 min dollara enib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Kriptovalyuta bazarında satışların kəskin artması nəticəsində “Bitcoin”in qiyməti son iki ildə ilk dəfə 56 min dolları keçərək, 56,155.98 ABŞ dollarına enmişdir. Bu, 2024-cü ilin sentyabrından bəri qeydə alınmış ən aşağı səviyyədir.
“CoinMarketCap” platformasının məlumatlarına əsasən, “Bitcoin”in qiyməti son 24 saat ərzində 8.97% azalıb, gün ərzində isə qiymət 55,830 dollara qədər düşərək, son 26 ayın minimumunu yeniləyib. Kriptovalyutanın qiyməti son bir həftə ərzində 16.31%, son 30 gün ərzində isə 32.21% azalma göstərmişdir.
Bazarın ümumi kapitallaşması hazırda 1.13 trln. dollar səviyyəsindədir. Bununla yanaşı, digər populyar kriptovalyutalar da qiymət düşüşü yaşadı. “Ethereum” 9.28%, “Zcash” 16.89%, “BNB” 8.96% azalıb. “Monero”, “Bitcoin Cash”, “Bittensor” və “Quant” da qiymət itkisi yaşayıb. Yalnız qızıl təminatlı kriptovalyutalarda, məsələn, “PAX Gold” və “Tether Gold”da azalmalara nisbətən daha az təsir görüldü.
Analitiklərin fikrincə, bu kəskin qiymət enişi ABŞ-da texnologiya və süni intellekt sahələrində səhmlərin ucuzlaşması, Federal Ehtiyat Sisteminin faiz siyasəti barəsində qeyri-müəyyənlik və kriptovalyuta ETF-lərindən edilmiş kapital çıxışı ilə əlaqəlidir. Noyabrın 19-da ABŞ-da spot “Bitcoin” ETF-lərindən təxminən 582 mln. dollar, 20-nə isə kredit çiyni ilə açılmış 1.5 mlrd. dollarlıq mövqenin məcburi bağlanması satış təzyiqini daha da artırmışdır.