Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Bu gün Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Əməliyyatların Logistik Dəstəyi (OLSP) mexanizmlərinin fəaliyyətinə dair müzakirələr aparılıb.
Görüşün məqsədi müasir təhlükəsizlik mühitində NATO-nun müdafiə qabiliyyətinin inkişaf etdirilməsi və hərbi mobilliyin təmin edilməsidir. Tərəflər, təchizat zəncirinin dayanıqlılığının artırılması və NATO-nun kollektiv logistik təminat fəaliyyətləri ilə bağlı təqdimatlar alıblar.
İşgüzar müzakirələr zamanı, NATO-ya üzv ölkələr üçün yeni təhlükəsizlik mühitinin yaradılması, OLSP-nin fəaliyyət istiqamətləri və üzv dövlətlərin logistik imkanlarından birgə istifadə mexanizmləri müzakirə edilib. Eyni zamanda, Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf perspektivləri də təhlil olunub.
Bu görüşdə hərbi qulluqçular üçün təlim və maarifləndirmə tədbirlərinin təşkili mövzusu da gündəmə gəlib. Həmçinin, NSPA və OLSP kimi mexanizmlər vasitəsilə beynəlxalq və çoxtərəfli imkanlardan daha səmərəli istifadə yolları müzakirə edilib.