Qızıl və digər qiymətli metallar kəskin ucuzlaşıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Son günlər dünya bazarında qiymətli metallara olan tələbatın enməsi nəticəsində qızıl, gümüş və digər metalların qiymətləri kəskin şəkildə ucuzlaşıb. Noyabrın 20-də qızılın bir troya unsiyasının spot qiyməti 86,98 ABŞ dolları azalaraq 3 538,49 ABŞ dollarına düşüb.
Nyu-Yorkun COMEX birjasında gələcək dövrlərdə qızılın 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 4,62% geriləyərək 3 515,40 ABŞ dolları olub. Həmçinin, gümüşün 2027-ci ilin mart fyuçerslərininn qiyməti 3,32 ABŞ dolları azalarak bir troya unsiyası üçün 41,56 ABŞ dollarına enib.
Platinin qiyməti 47,82 ABŞ dolları azalaq 1 302,55 ABŞ dollarına, misin isə 2,62% ucuzlaşaraq bir funt üçün 557,25 ABŞ sentinə düşüb. Bu azalmalar, qiymətli metallara olan tələbin ciddi şəkildə azalması ilə əlaqəlidir.
Analitiklərin fikrincə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz artımı gözləntiləri, dolların möhkəmlənməsi və istiqrazların gəlirliliyinin artması bu ucuzlaşmanın əsas səbəblərindəndir. Həmçinin, fond bazarlarındakı satışlar fonunda investorların qızıl aktivlərini satmaları qiymətlərə əlavə təzyiq yaradır.