Alim Qasımovun ifasının yer aldığı GTA 6-dan milyardlıq REKORD

Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
"Grand Theft Auto VI" (GTA VI) oyunu, satışa çıxdığı ilk gün 3,79 milyard dollar gəlir əldə edərək əyləncə sahəsində yeni bir rekord müəyyənləşdirib. Bu rekord, oyunun istehsalçısı olan "Take-Two Interactive" şirkəti tərəfindən açıqlanıb.
Açıqlamaya görə, GTA VI'nın ilk gündə pərakəndə satışlarından əldə olunan gəlir, istənilən formatda əyləncə sahəsində tarixdəki ən böyük təqdimatdan biri olub. Şirkət, əvvəlki proqnozlarla müqayisədə əhəmiyyətli bir fərqlilik nümayiş etdirərək, "SensorTwo" analitik şirkətinin 2,3 milyard dollar gəlir gözləntisini faktiki olaraq üstələyib.
Daha əvvəlki ən çox gəlir gətirən əyləncə məhsulu, “Hörümçək-adam: Yeni gün” (Spider-Man: Brand New Day) filmi olmuşdu ki, bu film bir neçə həftəlik kinoteatr nümayişi ərzində təxminən 2,5 milyard dollar gəlir əldə etmişdi.
GTA VI oyununun təqdimatı isə 19 noyabr 2026-cı il tarixində baş tutub. Oyun, Metacritic saytında 100 mümkün baldan 99 bal toplayaraq da müsbət qiymətləndirilmişdir.
Xüsusilə, xalq artisti Alim Qasımov və Fərqanə Qasımovanın “Bizimkilər” layihəsi çərçivəsində ifa etdikləri Nelli Furtadonun “Say It Right” mahnısının muğam versiyası GTA VI-nın “Kaleidoscope FM” radiostansiyasının pleylistində yer alıb.