Bakıda evin həyəti ikiyə ayrıldı - VİDEO

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib. Məlumata görə, ərazidə bir yaşayış evinin həyəti ikiyə ayrılıb və bu vəziyyət ətrafdakı sakinlər arasında narahatlıq yaradıb.
Sakinlərin sözlərinə görə, bu, təkcə indiki vəziyyətlə bağlı deyil; 5 il əvvəl də eyni yerdə sürüşmə baş vermişdi. O zaman torpaq qatı uçmuş və yola tökülmüşdü. Hazırkı sürüşmə isə həmçinin, dərin və iri çatların meydana gəlməsi ilə müşayiət olunur.
Fövqəladə Hallar Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama verib. Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə ərazidə növbəti vizual baxış keçirilib və sürüşmə prosesinin hazırda aktiv olduğuna dair yenidən müəyyən edilib. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görülməlidir.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən dövlət qurumlarına müraciət edilib, sürüşmə prosesinin artması ehtimalı nəzərə alınaraq ərazidə yaşayanların təhlükəsiz yerə təxliyəsi planlaşdırılır. Həmçinin, yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması da gündəlikdədir.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı çatların genişlənməsinin və aktivliyin davam etdiyinin qeydə alındığı bildirilib. Vəziyyətin dinamikası izlənilir.