Braziliyada 6 günlük iş rejimi ləğv edilir

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Braziliyada prezident Luiz İnasio Lula da Silva tərəfindən imzalanan fərmanla, ölkədəki iş rejimi dəyişir. Artıq işçilər həftədə 6 gün deyil, 5 gün işləyərək, 2 gün istirahət edəcəklər. Bu, Lula da Silva tərəfindən "6×1" əmək sisteminin ləğvi kimi qiymətləndirilir.
Yeni qaydalara uyğun olaraq, işçilərin əməkhaqlarında heç bir azalma olmayacaq. Yəni, əmək haqqının saxlanması şərti ilə, işçilərin istirahət günlərinin sayı iki dəfə artmış olacaq. Bu dəyişiklik, 16 dekabr 2023-cü ildən etibarən qüvvəyə minəcək.
Bu tarixi addımı sosial şəbəkə hesabında paylaşan prezident, bunun Braziliya əməkçiləri üçün qazanc olduğunu vurğuladı. “Maaşlarda heç bir kəsir olmadan həftədə iki gün istirahət. Bu, hökumətimizin qətiyyəti və dəstəyi ilə qazanılmış tarixi zəfərdir,” - deyə Lula çıxışında bildirib.
Prezident, insanların öz ailələrinə, övladlarına və ictimai həyata daha çox vaxt ayırmalarının vacibliyini qeyd etdi. Bu dəyişikliyin Braziliyanın işgüzar mühitinə müsbət təsir göstərəcəyi gözlənilir.