Ezonn Xəbər

Bakıdan rayona getmək üçün avtovağzaldan maşın qaçırdı

Bakıdan rayona getmək üçün avtovağzaldan maşın qaçırdı
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Bakı Beynəlxalq Avtovağzalında maraqlı bir hadisə yaşanıb. Burada, avtovağzaldan “Chevrolet Cobalt LTZ” markalı avtomobil qaçırılıb. Hadisənin baş verdiyi yer “Şəki” adlanan kafedir. Hadisənin ardından polis əməkdaşları dərhal tədbir görərək, qaçırılan avtomobili Qaradağ postunda saxlayıblar. Araşdırmalar nəticəsində soyğunçuluğu törədən şəxsin adı İkin Papaxovdur. O, 1990-cı il təvəllüdlü və Balakən rayonu, Qullar kəndində qeydiyyatdadır. İlk məlumatlara əsasən, Papaxov ifadəsində hadisəni törətdiyi zaman sərxoş olduğunu bildirib. O, "Maddi imkanım olmadığı üçün avtobusa minə bilmədim. Nəticədə işlək vəziyyətdə olan həmin maşını sürüb getdim. Yolpulum yox idi, rayon istiqamətinə gedənlərdən xahiş etdim, heç kim aparmadı. Rayona gedib valideynimin məzarını ziyarət etmək istəyirdim" - deyə qeyd edib. Hadisə ilə bağlı ziyan dəymədiyi üçün zərərçəkən şəxs İ.Papaxovdan şikayətçi olmayıb. Ancaq cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinən Papaxov, 9 ay müddətinə azadlıqdan məhrum edilib.