Ezonn Xəbər

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. İran Prezidenti Məsud Pezeşkian, bölgələrin inkişafına ayrılan vəsaitlərin qeyri-ədalətli bölünməsi və işçilərin ödəniş sistemindəki problemleri gündəmə gətirib. Bu açıqlamada ölkənin kapital bazarına həsr olunmuş illik konfransında iştirak edən Pezeşkian, əyalətlərdən Tehrana gələn vəsaitlərin düzgün istifadəsi məsələsində narazılığı dilə gətirib. Pezeşkian, "Pul əyalətlərdən gəlir və Tehrana ayrılır. Lakin bu, inkişafın yalnız Tehranda cəmləşməsinə səbəb olur" deyərək, ucqar ərazilərdəki inflyasiyanın şəhərlərdəki vəziyyətdən daha yüksək olduğunu vurğulayıb. Bu səbəbdən, insanlar əyalətlərini tərk edərək Tehran, Təbriz və Məşhədin kənarlarına köçmək məcburiyyətində qalırlar. O, sözlərinə əlavə edib ki, insanların davranışını formalaşdıran amilin vəsaitin bölüşdürülməsi və ödəniş mexanizmi olduğunu qeyd edərək, bu sahədə ədalət prinsipinin gözardı edildiyini bildirib. Pezeşkian, bölgələrin inkişafı üçün düzgün planların hazırlanmasının vacibliyini açıqlayıb. Eyni zamanda, hökumətin sahibkarların fəaliyyətinə mane olan qanun və qaydaları dəyişməyə açıq olduğunu ifadə edən Pezeşkian, bu işdə Ticarət Palatası ilə əməkdaşlıq edəcəklərini qeyd edib. "Hökumət olaraq, bazar və istehsal sahələrindəki problem yaradan maneələri aradan qaldırmağa çalışırıq" – deyə o, açıqlamasını tamamlayıb.