Ezonn Xəbər

Tanınmış professordan bu bölgə ilə bağlı SON DƏQİQƏ zəlzələ XƏBƏRDARLIĞI

Tanınmış professordan bu bölgə ilə bağlı SON DƏQİQƏ zəlzələ XƏBƏRDARLIĞI
Ezonn TV «Editor.az» mənbəsinə istinadən xəbər verir. Geologiya üzrə mütəxəssis, professor Osman Bektaş, 2023-cü ildə baş vermiş Kahramanmaraş zəlzələlərindən sonra bölgədəki seysmik aktivliyi araşdıran elmi tədqiqatın nəticələrini dəyərləndirib. Bektaş, zəlzələ təhlükəsinin yalnız xəritələrdə qeyd olunan qırılmalar əsasında qiymətləndirilə bilməyəcəyini vurğulayıb. 2026-cı il tarixli tədqiqatda, Kahramanmaraş zəlzələlərindən sonra Malatya və ətrafında baş verən afterşokların paylanması, habelə yer qabığında müşahidə olunan maqnit anomaliyalarının təhlili aparılıb. Tədqiqat dövründə Doğanşehir hövzəsinin daxili və kənar hissələrində görünməyən qırılma sistemlərinin mövcud olduğu aşkar edilib. Professor Bektaş, həmin qırılmaların xəritədəki göstəricilərinin kifayət qədər öyrənilmədiyini bildirib. Onun sözlərinə görə, qırılmaların həndəsi quruluşu, sürüşmə sürəti, kilidlənmə dərinliği və zəlzələ yaratmaq potensialı haqqında hələlik ətraflı məlumat yoxdur. Bu vəziyyət, bölgədəki seysmik təhlükənin qiymətləndirilməsini çətinləşdirir. Son dövrlərdə bölgədə baş verən seysmik aktivlik, xüsusilə Karaterzi bölgəsində qeydə alınan 3,5 maqnitudalı zəlzələ, Doğanşehir düzənliyi və ətrafındakı qırılma sistemlərinin daha dərindən araşdırılmasının vacibliyini ortaya qoyur. Bektaş, sosial media vasitəsilə bu məsələyə də diqqət çəkib: “Doğanşehir düzənliyinin altında gizli aktiv qırılmalar var.” Osman Bektaş, zəlzələ təhlükəsini yalnız xəritələrdəki qırılmalara əsaslanaraq qiymətləndirməyin mümkün olmadığını bir daha vurğulayıb. O, mövcud qeyri-müəyyənliyin hələ də davam etdiyini qeyd edib.