Ezonn Xəbər

Bu tarixdə qaz limitləri sıfırlanacaq – Vətəndaşlar nə qədər ödəyəcək?

Bu tarixdə qaz limitləri sıfırlanacaq – Vətəndaşlar nə qədər ödəyəcək?
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda təbii qaz istifadəsi üzrə illik istehlak limitinin yeniləmə tarixi açıqlanıb. 2027-ci il yanvarın 1-dən etibarən abonentlərin qaz sərfiyyatı yeni dövrə qədəm qoyacaq, bu da onların ödəmələrini birbaşa təsir edəcək. Hazırda ölkədə əhalinin təbii qaz qiymətləri illik istehlak həcmindən asılı olaraq üç fərqli pillə üzrə təyin edilir. İlk pillədə, illik 1200 kubmetrədək istehlak üçün qiymət 12,5 qəpikdir. İkinci pillədə 1200-dən 2500 kubmetrə qədər olan istehlak 22 qəpik, 2500 kubmetrdən yuxarı istehlak isə 30 qəpik olaraq müəyyənləşdirilib. Bu dəyişiklik ilə 2026-cı ildə istifadə edilən qaz həcmi 2027-ci ilin limitinə daxil edilməyəcək. Yanvar ayının 1-dən yeni illik hesablama prosesinə başlanacaq. Vətəndaşlar üçün bu, qaz xərclərinin daha dəqiq hesablanmasına imkan tanıyacaq. Bununla yanaşı, elektrik enerjisi üzrə istehlak limiti fərqli qaydalara tabedir. Abonentlərin aylıq istehlakı 30 gün ərzində hesablanır, 200 kVt/saatadək istehlak 8,4 qəpik, 200-300 kVt/saat arası istehlak 10 qəpik, 300 kVt/saatdan çox istehlak isə 15 qəpik qiymətindədir. Qeyd edək ki, hələlik 2027-ci ildən etibarən qaz və elektrik enerjisinin tariflərinin dəyişdirilməsi ilə bağlı rəsmi məlumat verilməyib.