Paşinyan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan, ölkənin enerji strategiyası ilə bağlı mühüm bir məlumat verərək, sabah "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanacağını elan edəcəyini açıqlayıb. Bu layihənin əsas məqsədi Ermənistanın elektrik şəbəkəsini Azərbaycan və Türkiyənin elektrik şəbəkələri ilə birləşdirməkdir.
Paşinyanın sözlərinə görə, Ermənistan artıq İran və Gürcüstanın elektrik şəbəkələrinə qoşulub və elektrik enerjisinin effektli ötürülməsi üçün investisiya yatırımlarını artırmaqdadır. "Biz elektrik şəbəkəmizi Türkiyə və Azərbaycanın elektrik şəbəkələri ilə birləşdirəcəyik. Bu, beş il ərzində regionun enerji mühitini dəyişəcək," - deyə Paşinyan vurğulayıb.
Baş nazir, TRIPP layihəsinin enerji tranzitinin mühüm bir hissəsi olduğunu və onun "sülh kəsişməsi" layihəsinə çevrildiyini bildirib. Bu etiraf ölkə daxilində enerji məsələlərinin müzakirələrini daha da şiddətləndirə bilər.
Qeyd edək ki, Paşinyan, Ermənistanın yaxın gələcəkdə yeni atom elektrik stansiyası tikməyi və bərpa olunan enerji mənbələrindən, xüsusilə də günəş enerjisindən daha səmərəli istifadəni artırmaq məqsədilə enerji saxlama gücləri yaratmağı planlaşdırdığını ayrıca açıqlayıb. "Günəş enerjisini sürətlə inkişaf etdirə bilsək, lakin enerji saxlama gücləri yaratmasaq, gələcəkdə bu sahədəki səmərəlilik iki dəfə azalacaq," - deyə o əlavə edib.