Alman nazir: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi...”

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful, Ermənistanın Azərbaycanla yekun sülh sazişini imzalaması üçün öz Konstitusiyasını dəyişdirməsinin əhəmiyyətini qeyd edib. O, bu açıqlamanı Almaniyanın "Tagesschau" telekanalına verdiyi müsahibədə ifadə edib.
Vadeful, Cənubi Qafqazda mövcud vəziyyətin müsbət istiqamətdə inkişaf etdiyini, uzun illərə dayanan münaqişənin yekunlaşması üçün tərəflərin razılaşmalar əldə etdiyini bildirib. Lakin o, sülh sazişinin hələ də imzalanmadığını, bunun da zəruri bir addım olduğunu vurğulayıb.
Nazir, etimadı gücləndirmək və Avropanın bu prosesi dəstəklədiyini nümayiş etdirmək məqsədilə regiona səfər etdiyini qeyd edib. O, sülh sazişinin imzalanmasının vacibliyini bir daha vurğulayıb ki, bu, yalnız siyasi reallıqları deyil, həm də iqtisadi inkişaf imkanlarını genişləndirə bilər.
Yohan Vadeful, sülhün bərqərar olması ilə yeni nəqliyyat marşrutlarının yaradılacağını, müxtəlif malların, enerji resurslarının və elektrik enerjisinin tədarükü imkanlarının artacağını bildirib. Bu, insanlarda mədəni qarşılıqlı əlaqələrin inkişafına da imkan tanıyacaq, əlavə edib.
Onun fikrincə, yekun sülhü təmin etmək, regionda daha da müsbət dəyişikliklərin baş verməsi üçün geniş perspektivlər açacaq.