Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar - FOTO

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 21-də Hanoyda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə Vyetnamın birinci xanımı No Fon Li arasında görüş təşkil olunub. Görüş İrs Evində baş tutmuşdur.
Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyeva ilə birlikdə Hanoyun Köhnə Məhəlləsindəki XIX əsrə aid İrs Evini ziyarət edərək, burada Vyetnam irsi və mədəniyyəti haqqında məlumat alıblar. Ziyarət zamanı Azərbaycan nümayəndə heyətinə Vyetnam çayı təqdim olunmuşdur.
Daha sonra XI əsrdən etibarən tarixi olan Ca Trù adlı ənənəvi ifa sənəti nümayiş etdirilib. Bu ifa, qadın ifaçının şeirli çıxışı ilə üçsimli musiqi alətinin və barabanın müşayətində icra olunub.
Vyetnamın milli geyimi Áo Dài də təqdim edilib. Bu geyim, ölkənin müxtəlif dövrlərini əks etdirən naxışlarla bəzədilmiş ipək parçalardan hazırlanmışdır.
Sonda Mehriban Əliyevaya Vyetnam kalliqrafiya sənətinə aid bir nümunə təqdim olunmuşdur. Vyetnamın zəngin mədəni irsi Azərbaycanın birinci xanımını heyrətləndirmişdir.