Birinci xanımlar bir arada - FOTOLAR

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Vyetnamın birinci xanımı No Fon Li ilə görüş keçirib. Görüş Hanoyun Köhnə Məhəlləsindəki İrs Evində baş tutub. Burada Mehriban Əliyevaya, qızları Leyla və Arzu Əliyevaya Vyetnam irsinə aid əl işləri haqqında məlumat verilib.
Görüşdə Azərbaycanın birinci xanımı və qızları Vyetnam çay təqdimetmə mərasiminə də qatılıblar. Bu tədbir, Vyetnam mədəniyyətinin zənginliyini nümayiş etdirmək məqsədini güdür.
Tədbirin bir hissəsi olan tarixi, XI əsrə gedib çıxan və UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş Ca Trù adlı ənənəvi ifa sənəti nümayiş etdirilib. Bu sənət qadın ifaçının poetik ifası ilə üçsimli musiqi alətinin və barabanın müşayiətini özündə birləşdirir.
Bundan başqa, Vyetnamın rəmzi milli geyimi Áo Dài də tədbirdə nümayiş olunub. Ənənəvi ipək parçalardan hazırlanmış bu milli geyimlər, Vyetnamın müxtəlif tarixi dövrlərini əks etdirən naxış və işləmələrlə bəzədilib.
Sonda Mehriban Əliyevaya Vyetnam kalliqrafiya sənəti nümunəsi təqdim olunub, bu görüş iki ölkə arasındakı mədəni əlaqələrin daha da güclənməsinə töhfə verib.