Kalkin yenidən “Evdə tək” qala bilər

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Walt Disney Co. kinostudiyası məşhur “Evdə tək” franşizasının yeni filmində baş rol üçün aktyor Makoley Kalkini geri qaytarmağı düşünür. Bu barədə etibarlı mənbələrə istinadla “Variety” jurnalı məlumat yayıb. Hazırda layihə ilkin mərhələdədir və film haqqında ətraflı məlumat hələlik açıqlanmamışdır.
Yeni filmin ssenarisi komediya janrında tanınmış Set Rogen və Evan Qoldberqə həvalə edilib. Lakin filmin tam süjet xətti və aktyor heyəti hələ də gizli saxlanılır. “Evdə tək” filmində 1990-cı ildən başlayaraq Makoley Kalkinin canlandırdığı Kevin Makkallister obrazı bütün dünyada tanınmışdır.
Kalkinin bu obrazla dünya şöhrəti qazandığı “Evdə tək” (1990) və “Evdə tək 2: Nyu-Yorkda itmiş” (1992) filmləri, izləyicilər tərəfindən böyük maraqla qarşılanmışdı. Lakin, rejissor Kris Kolumbus və Kalkinin iştirakı olmadan çəkilən davam filmləri əvvəlki uğuru təkrarlaya bilməmişdir.
Bundan əlavə, Makoley Kalkin 2025-ci ilin noyabrında verdiyi müsahibədə “Kevin Makkallister” roluna qayıtmağı istisna etmədiyini və bu layihə ilə bağlı maraqlı fikirlərinin olduğunu dilə gətirmişdir.
Belə müzakirələr iştirakçıları arasında maraq doğurur, çünki bu və ya digər formada Kevin Makkallisterin yenidən qəhrəmanlıq çağırışları görmək mümkündür.