Türkiyənin yeni pilotsuz döyüş təyyarəsi: “Qızılalma”

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Hindistanın “Firstpost” telekanalı, son günlərdə Türkiyə ordusunun müasir döyüş arsenalına daxil olan yeni pilotsuz döyüş təyyarəsi “Qızılalma” ilə bağlı süjet hazırlayıb. Süjetdə bu texnologiyanın müasir müharibələrdəki rolu və üstünlükləri geniş şəkildə müzakirə olunub.
Süjetdə “Qızılalma” pilotsuz döyüş təyyarəsinin air-to-air (havadan havaya) döyüş qadirətləri haqqında məlumatlar verilib. Məlumatlara görə, yeni pilotsuz döyüş təyyarəsi, pilotlu döyüş təyyarələrinin iştirak etdiyi müharibələrin ssenarisini tamamilə dəyişə bilər. Bu xüsusiyyət, Türkiyənin müasir texnologiyaya əsaslanan müdafiə sistemlərinə dair ambisiyalarını ortaya qoyur.
“Firstpost”un süjetində bildirilib ki, müharibə zamanı iki döyüş təyyarəsinin bir-birini hədəf alaraq raketlərin havada uçuşu zamanı pilotların rolu əhəmiyyətli olsa da, “Qızılalma” pilotu istisna edərək yeni bir simulyasiyanı reallaşdırır. Bu, müharibənin yeni formatını, pilotsuz sistemlərin strateji rolu ilə birgə yenidən formalaşdırır.
Türkiyə, “Qızılalma” ilə yeni dövrə qədəm qoyduğunu iddia edir. Bu pilotsuz döyüş təyyarəsinin inkişafı, ölkənin müasir müdafiə sənayesinin potensialını çarpıcı şəkildə artırmağı hədəfləyir. Bununla yanaşı, yeni texnologiyanın müharibələrdəki tətbiqi, müvəffəqiyyətli hava hakimiyyətinin əldə olunmasında əhəmiyyətli rol oynaya bilər.