Zelenski: “Ukraynanın NATO-ya üzvlük perspektivi müharibənin başa çatmasından asılıdır”

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Ukrayna Prezidentinin Volodimir Zelenski NATO-ya üzvlük perspektivinin Rusiya-Ukrayna müharibəsinin necə başa çatacağından asılı olduğunu bildirib. Bu barədə o, WhatsApp platforması vasitəsilə keçirdiyi brifinqdə məlumat verib.
Zelenski, Ukraynanın NATO-ya üzv olmaq üçün imkanları müzakirə etdiyini vurğulayaraq, bu məsələnin Alyansın gündəmində olduğunu qeyd edib. O, noyabrın 19-da Berlində keçiriləcək “Könüllülər koalisiyası”nın iclasında da müzakirəyə çıxarılacağını əlavə edib.
O, eyni zamanda, Fransa və digər müttəfiqlərin Ukraynanın NATO-ya üzvlüyünün ölkənin təhlükəsizliyinin təminatı olduğunu anladığını bildirdi. "Fransa və digər müttəfiqlər başa düşürlər ki, Ukrayna üçün ən aydın təhlükəsizlik təminatı NATO üzvlüyüdür" – deyə Zelenski qeyd edib.
"NATO-nun güclənməsinin ən aşkar yolu isə Ukraynanı Alyansa qəbul etməkdir. Bu, həm Ukraynanın, həm də NATO-nun maraqlarına uyğundur" – əlavə edib. Noyabrın 19-da Berlində keçiriləcək toplantıda, eyni zamanda, müharibənin sona çatdırılması və Ukraynanın müdafiə qabiliyyətinin artırılması məsələləri də müzakirə olunacaq.