Ezonn Xəbər

"Grand Theft Auto VI" oyunu polisi hərəkətə keçirdi

"Grand Theft Auto VI" oyunu polisi hərəkətə keçirdi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Video oyun həvəskarlarının səbirsizliklə gözlədiyi "Grand Theft Auto VI" (GTA VI) oyununun təqdimatına az müddət qalıb. Oyunun son versiyasından 13 il keçməsinin ardından, bu oyunla bağlı maraq daha da artıb. Bunun nəticəsində ABŞ-ın müxtəlif şəhərlərindəki polis idarələri oyunçulara vacib xəbərdarlıqlar ediblər. Atlanta, Denver və San Antonio kimi şəhərlərin polis orqanları, virtual dünyadakı cinayətlərin real həyatda ciddi hüquqi nəticələrə səbəb olacağına diqqət çəkib. Atlanta Polis Departamenti sosial mediada paylaşdığı xəbərdarlıqda, "GTA real məkan deyil, amma Atlanta realdır" ifadəsini işlətdi. Onlar oyunçulara, əyləncəni real həyatda verilən qərarlarla qarışdırmamağı tövsiyə ediblər. Atlanta polisi, “Oyunu oynayın, amma özünüzü oyuna o qədər aludə etməyin ki, həbsxanaya düşəsiniz. Sərxoş halda avtomobil idarə etmək və zorakılıq real həyatda ciddi nəticələr doğurur, bunları oyunun daxilində saxlayın” mesajını verib. Denver Polis Departamenti oyunun sərhədləri içində qalmağın vacibliyini vurğulayıb və buna misal olaraq avtomobil oğurluğunu gətirib. Onlar, “Avtomobil oğurluğu hələ də qanunsuzdur. Üstəlik, polis əməkdaşlarından qaçmaq da qanun pozuntusudur. Oyunda beş ulduz qazanmaq bizim məqsədimiz deyil” ifadələrini istifadə ediblər. San Antonio Polis Departamenti isə yayımladığı videoda “Oyun bacarıqlarınızı real həyatda görmək istəməzdik. Oyunu yaxşı oynayın, həyatda isə məsuliyyətli davranın” mesajını çatdırıb. San-Xuan Polis Departamenti də oyunçulara, "GTA 6"da baş verənlərin bu oyunda qalmalı olduğunu xatırladıb.