Ezonn Xəbər

Bakıda istilik problemi: Magistral xətdə axıntı, binada ventil oğurluğu

Bakıda istilik problemi: Magistral xətdə axıntı, binada ventil oğurluğu
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir. Noyabrın 15-dən başlayaraq, Bakıda rəsmi şəkildə payız-qış istilik mövsümü başlamışdır, lakin bəzı ərazilərdə hələ də istilik problemi yaşanmaqdadır. Sakinlərin müraciət etdiyi qaynar xəttə daxil olan şikayətlər bu faktı təsdiqləyir. Bakı şəhəri, 4-cü mikrorayon, Cavadxan küçəsi, 68 ünvanında yaşayan sakinlər, binada istiliyin verilmədiyini bildirirlər. Onlar aidiyyəti qurumlara müraciət etsələr də, problemin hələ də həll olunmadığına diqqət çəkirlər. "Azəristiliktəchizat" ASC-nin İctimaiyyətlə əlaqələr sektoru rəhbəri Elvin Basqallı, həmin ünvanda magistral xətdə axıntının olduğunu və bu vəziyyətin qısa müddətdə aradan qaldırılacağına ümid etdiklərini bildirərək, axıntı yerinin müəyyən edildiyini qeyd edib. Bundan əlavə, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 22 ünvanındakı yaşayış binasında da istilik problemi yaşanmaqdadır. Burada istilik verilmir və bu, ventillərin oğurlanması ilə əlaqələndirilir. Elvin Basqallı problemin bazar ertəsindən etibarən həll ediləcəyini bildirmişdir.