"Ceyms Bond" kastinqində 1 milyon dollar qazandı

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Hollivud aktyoru Robert Pattinson, yeni "Ceyms Bond" filmi üçün keçirilən kastinqdə iştirakına görə 1 milyon dollar qonarar qazandı. "Amazon" studiyası, növbəti "Ceyms Bond" filminin baş roluna tanınmış aktyor seçmək niyyətindədir və Pattinson, bu rola əsas namizədlərdən biri kimi diqqət çəkir.
Məlumata görə, Pattinsonun sınaq çəkilişlərində iştirak etməsinə şərait yaradan amillərdən biri, "Batman" filminin davamının çəkiliş və nümayiş tarixinin təxirə salınmasıdır. Belə ki, filmin davamı 2028-ci ilin fevralına planlaşdırılır ki, bu da Pattinsona Bond rolu üçün seçimlərdə iştirak imkanını tanıyır.
Aktyor, sınaqların son mərhələsində britaniyalı həmkarı Nikolas Holtu geridə qoyaraq irəliləyib. Sınaq zamanı Pattinsondan, 1963-cü ildə ekranlara çıxan "Ceyms Bond" filmində Şon Konnerinin canlandırdığı yarıçılpaq səhnəni yenidən canlandırması tələb edilib. Onun çıxışı, həm prodüserlərin, həm də rejissor Denis Vilnövün diqqətini cəlb edib.
Qeyd edək ki, "Ceyms Bond" obrazını indiyə qədər altı aktyor canlandırıb. Robert Pattinson isə bu obrazı canlandıracaq yeddinci aktyor olacaq.