Ezonn Xəbər

Bakıda “Lipid Məktəbi” keçirilib – dislipidemiyaların idarə olunmasında müasir yanaşmalar müzakirə edilib

Bakıda “Lipid Məktəbi” keçirilib – dislipidemiyaların idarə olunmasında müasir yanaşmalar müzakirə edilib
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir. 21 noyabr 2026-cı ildə Bakıda "Lipid Məktəbi – Dislipidemiyaların idarə olunmasında müasir strategiyalar" adlı elmi-praktik tədbir keçirilib. Bu tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən təşkil olunub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, səhiyyə müəssisələrinin rəhbərləri, kardioloqlar və digər tibb mütəxəssisləri iştirak ediblər. Açılışda iştirak edən Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev, ürək-damar xəstəliklərinin profilaktikasında dövlət siyasətinin əhəmiyyətini vurğulayıb. O, risk amillərinin vaxtında müəyyənləşdirilməsini və profilaktik tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova, dislipidemiyaların erkən aşkarlanmasının və lipid göstəricilərinə nəzarətın əhəmiyyətini qeyd edərək, müasir müalicə üsullarının tətbiqinin ürək-damar xəstəliklərinin ağırlaşmalarını azaltmağında rolunu vurğulayıb. Onun fikrincə, risk amillərinin düzgün idarə olunması xəstələrin həyat keyfiyyətini artırır. Tədbirdə həmçinin, dislipidemiyaların diaqnostikası, lipid göstəricilərinin qiymətləndirilməsi, aterosklerozun inkişaf mexanizmləri, eləcə də lipidazaldıcı müalicə üsulları müzakirə olunub. Mütəxəssislər infarkt və insult riskinin azaldılması mövzusunda da ətraflı fikir mübadiləsi aparıblar. Tədbirin xüsusi qonağı, Everest zirvəsinə çıxdığı ilə tanınan alpinist Vəfa Musayeva, şəxsi təcrübələrini və məqsədlərə çatmaq üçün əzmin vacibliyini iştirakçılarla bölüşüb.