Ezonn Xəbər

Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı yaşanır

Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı yaşanır
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Son dövrlərdə Sədərək Ticarət Mərkəzində ciddi alıcı qıtlığı müşahidə olunur. İddialara görə, əvvəllər izdihamla tanınan bu bazarda ticarət fəaliyyətləri xeyli zəifləyib. Sahibkarlar icarə haqlarını ödəməkdə və azalan alıcı sayının yaratdığı çətinliklərlə üzləşirlər. Marketoloq Elxan Mərdanlı durumun səbəblərini izah edərkən, alıcıların bazara getmək qərarının daha çox qiymət fərqinə əsaslandığını qeyd edib. "Eyni məhsulu xeyli ucuz almamaq kriteriyası ilə alıcı evinə yaxın mağazalar və ya onlayn ticarətə yönəlir. Qiymət fərqi azalanda, uzun yola getmək istəmirlər". O, Sədərək bazarında qiymətlərin stabil olduğuna işarə edib. Eyni zamanda, sərhəd keçidlərinə tətbiq edilən məhdudiyyətlərin də bu bazara təsir etdiyi vurğulanıb. Əvvəllər Dağıstandan, Gürcüstandan gələn alıcılar üçün quru yollar açıq idi. Hazırda bu məhdudiyyətlər, müştərilərin Bakıya gəlməsini fərqli çətinləşdirib. Mərdanlı, idxal xərclərinin artmasının da bazara təsir etdiyini qeyd edib. Əvvəlki dövrlərdə aşağı qiymətlərlə tədarük olunan məhsulların gömrük ödənişləri artdıqca, alıcılara təqdim olunan satış qiymətləri də yüksəlir. "Ailə büdcələrindəki dəyişikliklər sebebi ilə insanlar daha ucuz məhsullar axtarmağa başlayıblar", - dedi. Sədərək Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim isə iddiaları təkzib edərək, mərkəzdə işlərin davam etdiyini, bəzən alıcı sayının az olduğunu, lakin həftəsonları izdihamın yenidən artdığını vurğulayıb.