Ezonn Xəbər

Avstriyanın XİN saytına hücum: Diplomatların məlumatları ifşa oluna bilər

Avstriyanın XİN saytına hücum: Diplomatların məlumatları ifşa oluna bilər
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Avstriyanın Xarici İşlər Nazirliyinin rəsmi veb-saytına kiberhücum olduğu müşahidə edilib. Bu barədə Avstriya Xarici İşlər Nazirliyi (XİN) özünün yaydığı bəyanatda məlumat verib. Bəyanatda qeyd olunub ki, hücum nəticəsində kiberdələduzlar nazirlik əməkdaşlarının və xaricdəki diplomatik nümayəndəliklərin rəsmi əlaqə məlumatlarına çıxış əldə ediblər. Hücum noyabrın 12-dən 13-nə keçən gecə baş verib və eyni vaxtda qlobal səviyyədə “Mikrosoft” sistemlərindəki nasazlıqla təsadüf edir. XİN-in açıqlamasına görə, icazəsiz giriş noyabrın 13-də aşkarlanaraq dərhal bloklanıb. Eyni zamanda, ekspert qrupunun aparıldığı araşdırma nəticəsində məlum olub ki, hücum zamanı hakerlər yalnız məlumat qeydlərinə daxil ola biliblər. Hücum nəticəsində diplomatların adları və işgüzar əlaqə məlumatları əks olunsa da, nazirlik insident zamanı heç bir məxfi və fərdi məlumatın oğurlanmadığını vurğulayıb. Bu hal, kibertəhlükəsizlik sahəsində ciddi narahatlıqlara səbəb olub.