Ezonn Xəbər

Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: "Dedilər ki, çəkin çoxdur"

Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: "Dedilər ki, çəkin çoxdur"
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir. Cəlilabad rayonunun Göytəpə şəhər sakini 48 yaşlı Zahid Qədirov, Baku TV-nin qaynar xəttinə müraciət edərək, 2019-cu ildən bəri yaşadığı ağır mədə-bağırsaq xəstəliyindən əziyyət çəkdiyini bildirib. O, 2024-cü ilin yanvarında əlillik dərəcəsinin bərpası üçün etdiyi müraciətlərin nəticəsiz qaldığını söyləyir. Zahid Qədirov, ona 2019-cu ildən etibarən onikibarmaq bağırsaq xorası diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edildiyini, lakin artıq beşillik dönəmin başa çatdığını və yenidən əlillik dərəcəsini bərpa edə bilmədiyini vurğulayıb. O, çətin vəziyyətdə olduğunu bildirərək, kömək istəyir. Müraciətlərinin nəticəsiz qalmasının səbəbləri arasında müxtəlif iddialar olduğunu açıqlayan Qədirov, əvvəlcə müalicə müddətinin az olduğu, daha sonra isə çəkisinin normadan bir qədər artıq olduğu bildirilib. Bu səbəbləri əsas gətirərək, ona əlillik dərəcəsinin bərpa edilməsindən imtina edilib. Zahid Qədirov, müalicəsi davam etsə də, arıqladıqca vəziyyətinin pisləşdiyini deyir. O, hazırda işsizdir və üç övladına baxmağı çətinliklə bacardığını qeyd edir. Əlillik dərəcəsinin bərpası üçün dövlət qurumlarının ona yardım etməsini xahiş edir.