Almaniyada işsizlərin təlim kurslarına ayrılan vəsait 113% artıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Almaniyada işsiz şəxslərin ixtisasartırma və yenidənhazırlanma proqramlarına ayrılan dövlət vəsaiti 2023-cü illə müqayisədə 113% artışla 2026-cı il üçün 4,12 milyard avroya yüksələcək. Bu artım, işsizliklə mübarizədə müasir yanaşmalara və əmək bazarının tələblərinə uyğun proqramların genişləndirilməsi məqsədini güdür.
Federal Əmək Agentliyinin maliyyələşdirdiyi müxtəlif proqramlar arasında vətəndaşlar üçün əmək bazarında tələb olunmayan sahələrdə, məsələn, vizaj, yoqa və tatuaj üzrə kurslar da mövcuddur. Bu kursların təşkili, tələbatın olmadığı baxımından mübahisələrə səbəb olub.
Təqdim olunan məlumatlara görə, 2020-ci ildən bəri işsizlərin təlim proqramlarına ayrılan vəsait 2,2 milyard avro artmışdır. Eyni zamanda, işsizlik müavinətlərinə ayrılan maddi vəsait də 36% artışla 25,66 milyard avroya çatmışdır.
Almaniyanın Federal Hesablama Palatası isə büdcə vəsaitlərinin istifadəsini tənqid edərək, ixtisas verməyən kursların maliyyələşdirilməsinə dair araşdırmaların nəticələrinin müsbət olmadığını bildirib. Onların müraciətinə əsasən, tələbatın olduğunu sübut edən halların 68%-də aşkar edilmədiyi vurğulanır.