Fransada qiymət artışına qarşı etiraz aksiyaları keçirilib

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 21-də Fransanın müxtəlif şəhərlərində qiymət artışına qarşı genişmiqyaslı etiraz aksiyaları baş tutub. İştirakçıların sayı ümumilikdə 82 min 500 nəfərə çatmışdır. Bu barədə “Le Parisien” qəzeti, Fransa Daxili İşlər Nazirliyinin məlumatlarını əsaslanaraq məlumat verib.
Etirazların mərkəzi Paris olmuşdur. Burada keçirilən yürüşdə 21 min 500 nəfərin iştirak etdiyi bildirilib. Etirazçılar qiymətlərin artmasına son verilməsi tələbi ilə küçələrə axışmışlar. Ancaq aksiyaların gərginləşməsi nəticəsində hüquq-mühafizə orqanları göz yaşardıcı qazdan istifadə etməyə məcbur olmuşdur.
“Union Tudiante” adlı tələbə qrupu da etiraz çağırışına qoşulmuş və bu şənbə günü keçirilən aksiyalarda 150 min nəfərin iştirak etdiyini açıqlamışdır. Parisdə isə yalnız bir gün ərzində 45 min insanın etiraz etdiyi bildirilir.
Bu aksiyalar, son dövrlərdə Fransada artan yaşam xərclərinə və inflyasiya probleminə qarşı bir reaksiya kimi başa düşülməkdədir. Etirazçılar hökumətdən qiymət artışlarını dayandırmağı tələb edirlər.