“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
“Bədr müqaviləsi”, Türkiyə, Qətər, Pakistan və İndoneziya arasında 21 oktyabr 2026-cı ildə imzalanmış müdafiə istehsalı, tədqiqat, texnologiya transferi və texniki təlim üzrə əməkdaşlığa dair əhəmiyyətli bir razılaşmadır. Bu müqavilə tərəfdaş ölkələrin hər biri üçün fərdi maraqları ifadə edir və müdafiə sənayesini gücləndirmək məqsədini güdür.
Politoloq Elxan Şahinoğlunun fikrincə, Türkiyə və İndoneziya şirkətləri birgə tank istehsalını həyata keçirir, həmçinin Türkiyə 48 ədəd KAAN qırıcı təyyarəsinin ixracı üzrə İndoneziya ilə müqavilə imzalayıb. “Bədr müqaviləsi”nin təsdiqi, iki ölkə arasındakı hərbi əməkdaşlığı gücləndirmək üçün zəruri bir zəmin yaradır.
Müqavilənin Türkiyəyə kommersiya baxımından üstünlük qazandıracağı gözlənilir. Türkiyə, bu müqavilə sayəsində daha çox müştəri və investisiya cəlb edəcək, eyni zamanda uzunmüddətli təchizatçı əlaqələri inkişaf etdirəcək. Əsas mühəndislik fəaliyyətlərinin Türkiyədə qalması halında, Ankara, tərəfdaşlarına texnoloji müstəqillik vermədən ixracı artırmaq imkanı qazanacaq.
Həmçinin, Qətərin yalnız maliyyə dəstəyi ilə kifayətlənməyəcəyi, qabaqcıl silah istehsalında aktiv rol oynamağı planlaşdırdığı vurğulanıb. Pakistan, dəniz istehsalı sahəsindəki təcrübəsi ilə yeni müştərilər cəlb etməyi hədəfləyir və Çinlə əlaqələrini də davam etdirir.
Bununla yanaşı, “Bədr müqaviləsi”nin zəif tərəfləri də var. Üzv dövlətlərin xarici təhcizatçılardan asılılığı və kommersiya şərtlərinin uyğunluğunu təmin etməklə bağlı çətinliklər ortaya çıxa bilər. Strateji şuranın təsis edilməsi isə layihələrin planlaşdırılmasında və tərəflər arasında təcrübə bölgüsündə mühüm rol oynayacaq.