Bakıda tuneldə su boruları partladı — Maşınların hərəkəti çətinləşdi

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Bakının Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətinə gedən tuneldə su borularında qəza baş verib. Hadisə zamanı tunelin üzərindən keçən su borularının partlaması nəticəsində içəriyə fasiləsiz olaraq su dammaqdadır.
Bu baş verən hadisə yolun hərəkət hissəsinin islanmasına və sürüşkən vəziyyətə düşməsinə səbəb olub. Nəticədə, görmə məsafəsi azalaraq, avtomobillərin həmin istiqamətdə hərəkət etməsi çətinləşmişdir.
Sürücülərə ərazidən keçərkən diqqətli olmaları tövsiyə edilir. Problemin aradan qaldırılması üçün aidiyyəti qurumların müvafiq tədbirlər görməyi gözlənilir. Hələ ki, təmir işlərinin başlanma tarixi dəqiqləşdirilməyib.