Ezonn Xəbər

Zelenski antikorrupsiya qurumlarına qarşı kampaniya başladıb

Zelenski antikorrupsiya qurumlarına qarşı kampaniya başladıb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Ukrayna Prezidenti Volodimir Zelenskinin son dövrlərdə antikorrupsiya qurumlarına qarşı təzyiqləri artırdığı iddia edilir. Bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat verib. Nəşrin iddiasına görə, son bir həftə ərzində Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğuna (SAP) qarşı informasiya kampaniyası aparılır. Kampaniyaya keçmiş baş prokuror Ruslan Kravçenko və Ukrayna Təhlükəsizlik Xidmətinin generalı Sergey Duka kimi tanınmış şəxslərin də daxil olduğu bildirilib. “Strana” yazır ki, bu proses antikorrupsiya qurumlarının dövlət rəsmilərinə qarşı fəaliyyətlərinin gücləndiyi bir dövrə təsadüf edir. Nəşrin qiymətləndirməsinə görə, hakimiyyət daxilindəki bəzi nüfuzlu şəxslər antikorrupsiya qurumlarının fəaliyyətinə qarşı cavab tədbirləri görmək variantını müzakirə edirlər. Bu, ölkədəki siyasi atmosferin gərginləşdiyinin əlaməti kimi dəyərləndirilir. Zelenskinin bu kampaniyası, ölkənin antikorrupsiya mübarizəsi ilə bağlı müqavilələri və beynəlxalq tərəfdaşlarla münasibətləri təsir edə bilər. Bu hadisələr, həmçinin Ukrayna ictimaiyyətində narahatlıq yaradır.