Bəzi rayonlara güclü yağış yağır - FAKTİKİ HAVA

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 21-i axşam saatlarından başlayaraq Azərbaycanın bəzi bölgələrində yağıntılı və küləkli hava şəraiti görülməkdədir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Noyabrın 22-si saat 10:00-a olan faktiki hava şəraitinə əsasən, müxtəlif bölgələrdə yağıntılar intensiv xarakter alıb. Xüsusilə, Şahdağda arabir qar yağması müşahidə edilib.
Yağıntının miqdarına gəldikdə, Qaxın Sarıbaş kəndində 21 mm, Zaqatalada 12 mm, Şəkinin Kişçay ərazisində 10 mm, Şəmkir və Tovuzda 9 mm, Gədəbəydə 8 mm, Balakən və Daşkəsəndə isə 6 mm yağış qeydə alınıb. Oğuzda 5 mm, Gəncə və Ağstafada 4 mm, Göygöldə 2 mm, Qazax, Samux və Mingəçevirdə isə 1 mm yağıntı düşüb.
Bəzi ərazilərdə qərb küləyi güclənib. Küləyin maksimal sürəti Mingəçevirdə 21 m/s, Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Kəlbəcər və Naftalanda 18 m/s, Gədəbəy və Yardımlıda isə 16 m/s-yə çatıb.