Ezonn Xəbər

8 illik səyahətdən sonra Merkuriyə çatdı

8 illik səyahətdən sonra Merkuriyə çatdı
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Avropa Kosmik Agentliyi (ESA) və Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin (JAXA) birgə ‘BepiColombo’ missiyası səkkiz ildən çox davam edən bir səyahətdən sonra Merkuriyə çatıb. Bu səyahət təxminən 10 milyard kilometr məsafəni əhatə edib. Kosmik aparat, kritiki orbital manevri tamamlayaraq Merkuri ətrafında fırlanan tarixdə ikinci missiya kimi qeydə alınıb. Missiya çərçivəsində ESA-nın ‘Mercury Orbiter’ (MPO) və JAXA-nın ‘Mio’ kosmik aparatlarının dekabrın 9-10-da ayrılaraq fərqli orbitlərə çıxması planlaşdırılır. Elmi müşahidələrin isə 2027-ci ilin aprelində başlanması nəzərdə tutulur. Bu müşahidələr, planetin atmosferi və geologiyası ilə bağlı yeni məlumatlar təqdim edə bilər. Merkuri, Günəşə ən yaxın və Günəş sisteminin ən kiçik planeti kimi tanınır. Bu planet kəskin temperatur fərqləri ilə seçilir; gün ərzində temperatur 450 °C-ə qədər yüksəlirken gecə isə -180 °C-yə enir. Alimlər, planetin kiçik ölçüsünə baxmayaraq, onun sıx və iri metal nüvəyə malik olmasının səbəblərini başa düşməyə çalışacaqlar. Planlaşdırmalara əsasən, aparatların Merkuriyin ətrafında fəaliyyət göstərəcəyi müddət təxminən üç il olacaq. Yanacaqları tükəndikdən sonra bu kosmik aparatlar planetin səthinə düşəcəyi gözlənilir. Bu missiya ilə bərabər, insanlıq Merkuri haqqında daha öncə bilinməyən məsələləri aydınlatmağa bir addım daha atmış olacaq.