Ezonn Xəbər

Krasnodarda Rusiya Milli Qvardiyasının Baş İdarəsi vuruldu - Foto

Krasnodarda Rusiya Milli Qvardiyasının Baş İdarəsi vuruldu - Foto
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Bu gün gecə Rusiyanın Krasnodar diyarında dronların hücumuna məruz qalıb. Yerli məlumatlara görə, bu hücum nəticəsində mühüm hərbi obyektlərdən biri olan Rusiya Milli Qvardiyasının Baş İdarəsi hədəf alınıb. Eyni zamanda, neft emalı zavodunun da ziyanın dəyməsi xəbəri var. Hücum zamanı hava həyəcanı siqnalı verilib və yerli sakinlər partlayış səsləri eşitdiklərini bildiriblər. “Astra”nın məlumatına görə, sakinlər bölgədə yanıq qoxusu hiss ediblər və tüstülənməni əks etdirən görüntüləri paylaşmayıblar. Krasnodar hava limanında təyyarələrin enişi və uçuşu müvəqqəti olaraq dayanıb. Şəhər rəhbərliyi dron hücumunun dəf edildiyini açıqlasa da, bu proseslə bağlı zərər və dağıntılar barədə hər hansı məlumat verilmir. OSINT analitikləri münaqişə bölgəsində yanğın hadisəsinin baş verdiyini bildirirlər. Qeyd edək ki, əvvəllər burada 3702 saylı hərbi hissə yerləşirdi, hazırda isə Rusiya Milli Qvardiyasının Baş İdarəsi fəaliyyət göstərir. Həmçinin, yerli teleqram kanallarında Afipski neft emalı zavodunun ərazisində də tüstülənmə ilə bağlı məlumatlar paylaşılıb. Ziyanın dəqiq xarakteri və nəticələri hazırda araşdırılır. Eyni zamanda, Rusiyanın Kalininqrad vilayətində də hava həyəcanı siqnalı səslənib.