Krasnodar şəhərində PUA hücumu sonrası yanğın baş verib

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Rusiyanın Krasnodar şəhərində noyabrın 22-nə keçən gecə pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra Rusiya Milli Qvardiyasının regional idarəsinin yerləşdiyi ərazidə yanğın baş verib. Bu barədə Rusiyanın "ASTRA" nəşri məlumat yayıb.
Hücum sonrası yanğının Krasnodar şəhərinin Çerkasskaya küçəsi, 70 ünvanında olan Rusiya Milli Qvardiyasının Baş İdarəsinin ərazisində meydana gəldiyi bildirilir. Nəşrin foto və videomateriallarla aparılan təhlillərinə əsasən, yanğının səbəbləri araşdırılır.
Yerli sakinlər hücum zamanı şəhərdə partlayış səsləri eşidildiyini və tüstü görüldüyünü vurğulayıblar. Bu hadisə ilə bağlı dərhal yerli hakimiyyət orqanları tərəfindən araşdırmalara başlanılıb.
Hücum zamanı Krasnodar hava limanının normal fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Rusiya Milli Qvardiyası isə PUA hücumunun dəf edildiyini açıqlayıb, lakin bu məsələdə daha ətraflı məlumat verilmir.