Ezonn Xəbər

Qazaxda iki nəfər bıçaqlanıb - YENİLƏNİB

Qazaxda iki nəfər bıçaqlanıb - YENİLƏNİB
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Qazax rayonunda baş verən insident nəticəsində iki kişi bıçaq xəsarətləri alıb. TƏBİB-in məlumatına görə, noyabrın 21-də saat 20:30-da iki şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub. 30 yaşlı N. Mustafayev bədənin müxtəlif nahiyələrində kəsilmiş-deşilmiş yaralarla hospitalizasiya olunub. Hazırda onun müalicəsi reanimasiya şöbəsində davam edir və vəziyyəti orta ağır səviyyədə qiymətləndirilir. Digər şəxs, 32 yaşlı C. Kazımov isə sol əlin baş barmağında kəsilmiş yara diaqnozu ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb. APA-nın məlumatına əsasən, hadisə rayon ərazisində baş verib. Hər iki xəstə Qazax rayon sakinidir. Polis tərəfindən keçirilən tədbirlər nəticəsində, N. Mustafayev və C. Kazımova bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 34 yaşlı Əfqan Musayev saxlanılıb. Hadisənin səbəbləri və baş vermə şəraiti araşdırılır.