Ezonn Xəbər

Messi topu rəqibin üzünə çırpdı — Qırmızı vərəqə almaması müzakirə yaratdı

Messi topu rəqibin üzünə çırpdı — Qırmızı vərəqə almaması müzakirə yaratdı
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Keçirilən MLS Kuboku pley-offunun ilk oyununda “İnter Mayami” 0:3 hesabı ilə “Kolumbus Kryu”ya məğlub olub. Oyunun gedişində Lionel Messinin rəqibi Gonsalo Tapianın üzünə top atması geniş müzakirə doğurub, çünki bu hadisə baş hakim Allen Çapman tərəfindən sarı vərəqə ilə qiymətləndirilib. Oyun zamanı, birinci hissənin sonlarına yaxın, “İnter Mayami” artıq 10 nəfərlə oynayırdı və hesabda geri qalırdı. Messi aut atışı zamanı toplu rəqibin üzünə çırpmış və bu, hakim tərəfindən cəzalandırılıb. Baş hakim həm Messiyə, həm də Tapiyaya sarı vərəqə göstərib. “Kolumbus Kryu”nun baş məşqçisi Loran Kurtua, mətbuat konfransında, Messinin qırmızı vərəqə almalı olduğunu bildirərək: "Hamı bilir ki, o, sarı vərəqədən daha ağır cəzaya layiq idi. Bu, həqiqətən, çox kədərlidir" – deyə vurğulayıb. Hakim Allen Çapman isə verdiyi qərarı belə izah edib: "Tətbiq olunan güc çox cüzi idi və bu hərəkət kobud davranış səviyyəsinə çatmırdı". Qeyd edək ki, 8-ci dəqiqədə “İnter Mayami”nin qapıçısı Deyn Sent-Klerin cərimə meydançasında rəqibini yıxması sonucu Tapia penalti ilə ilk qolu vurmuşdu. 36-cı dəqiqədə isə Luxanın qırmızı vərəqə alması nəticəsində “İnter Mayami” 10 nəfərlə qaldı. İkinci hissədə Taha Habrun və daha sonra Tapia'nın ikinci qol vurması ilə oyun 0:3 tamamlandı. Seriyanın ikinci oyunu cümə günü Ohayoda keçiriləcək. “Kolumbus” qələbə qazansa, “İnter Mayami” pley-offdan kənarlaşacaq.