Ezonn Xəbər

Rza Talıbovun daha bir milyonluq mülkü üzə çıxdı - FOTO

Rza Talıbovun daha bir milyonluq mülkü üzə çıxdı - FOTO
Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir. Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbovun Dubaydakı lüks mülkləri daha bir yeni ilə zənginləşib. O, Dubai Hills-də yerləşən Emerald Hills kompleksində iki torpaq sahəsi əldə edərək, bu ərazidə dəbdəbəli villa inşa etdirib. Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin xəbərinə görə, Rza Talıbovun almış olduğu torpaqlar Emerald Hills-P-156 (1.715,53 kv.m) və Emerald Hills-P-157 (1.670,11 kv.m) kimi adlandırılır. Bu torpaq sahələrinin birləşdirilməsi nəticəsində 3.386 kv.m-sahəsi olan villanın tikintisi mümkün olmuşdur. Reyestr məlumatlarına əsasən, Rza Talıbovun əlaqə nömrəsi də qeyd olunub. Emerald Hills ərazisi, 18 dəlikli qolf meydançası, yaşıl villalar və uzaqda yerləşən Bürc Xəlifə ilə Downtown Dubai göydələnlərinə mənzərə sərgiləyir. Bununla yanaşı, Dubayın emlak bazarında 3.400 kv.m-lik boş torpaq sahəsinin dəyəri 99 – 123 milyon dirhəm civarında, yüksək səviyyəli malikanələrin dəyəri isə 180 – 270 milyon dirhəmə bərabərdir. Qeyd edək ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri Baş idarəsinin rəisi vəzifəsində fəaliyyət göstərir. Onun mülkləri ilə bağlı informasiya isə artıq geniş müzakirələrə səbəb olmuşdur.