Ezonn Xəbər

Noyabrın 23-də Bakıda yağış, dağlarda isə qar gözlənilir

Noyabrın 23-də Bakıda yağış, dağlarda isə qar gözlənilir
Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir. Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir, Azərbaycanın dağlıq ərazilərində isə qar yağacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Havanın gedişatına görə, Bakıda yağıntıların bəzən intensivləşməsi mümkündür. Gündüz saatlarında yağıntılar tədricən kəsiləcək, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12 dərəcə, gündüz isə 14-16 dərəcə isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 765 mm civə sütununda olacaq, nisbi rütubət gecə 75-85, gündüz isə 60-65 faiz arasında dəyişəcək. Azərbaycanın rayonlarında da bəzi yerlərdə yağışların olacağı, dağlıq ərazilərdə isə qar yağmasının gözlənildiyi vurğulanır. Səhər saatlarında yağıntılar tədricən kəsilərək gündüz hava əsasən yağmursuz olacaq. Günortadan sonra bəzi ərazilərdə duman müşahidə oluna bilər. Rayonlarda havanın temperaturu isə gecə 5-9 dərəcə, gündüz 15-19 dərəcə isti arasında dəyişəcək. Dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 6-9 dərəcə isti gözlənilir.