BYD-nin Avropada satış və istehsalı qadağan edildi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Niderlanddakı Haaqa Rayon Məhkəməsi, BYD-nin istehsal etdiyi “Ti7” SUV modelinin, “Land Rover Defender” markasının qeydiyyatdan keçmiş dizayn hüquqlarını pozduğunu qərara alıb. Bu qərar nəticəsində BYD-nin Avropa İttifaqı (Aİ) ölkələrində bu modelin idxalı, istehsalı və satışı qadağan edilib.
“Jaguar Land Rover” (JLR) şirkəti, BYD-nin “Ti7” modelinin, “Defender” dizaynını təqlid etdiyini iddia edərək məhkəməyə müraciət etmişdi. Məhkəmə, BYD-nin modelinin dizaynındakı xüsusiyyətləri, o cümlədən bucaqlı kuzov, düz dam xətti və arxa qapıdakı ehtiyat təkəri kimi oxşarlıqları alıcılarda eyni təəssürat yarada biləcəyini vurğulayıb.
Haaqa Rayon Məhkəməsi, BYD-nin bu iddialara cavab olaraq təqdim etdiyi müdafiəni yetərli saymamışdır. Qərar, rəsmi bildirişdən bir həftə sonra qüvvəyə minəcək və bu, Macarıstanda kütləvi istehsala başlamağı planlayan zavodu da əhatə edəcək. Əgər qərara əməl edilməzsə, pozuntu başına 100 min avro cərimə tətbiq edilə bilər.
BYD, “Ti7” modelinin müstəqil dizayn olduğunu iddia edərək, apelyasiya şikayəti verəcəyini açıqlayıb. Proses boyu Aİ-dəki qadağa qüvvədə qalacaq. JLR isə əsas iddianı altı aylıq müddət ərzində qaldırmalıdır. Məhkəmə, BYD-nin Britaniyadakı törəmə müəssisəsi üzərində yurisdiksiyasının olmaması səbəbindən burada satış qadağası tələbini qəbul etməyib. Qeyd edək ki, BYD 2026-cı ilin ilk doqquz ayında Avropada satışlarını 280 mini keçərək, ötən ilin eyni dövrünə nisbətən iki dəfə artırmışdır.