Ezonn Xəbər

İndoneziyada fabrikdə yanğın olub, 3 nəfər ölüb, itkin düşənlərin sayı 50-yə çatıb

İndoneziyada fabrikdə yanğın olub, 3 nəfər ölüb, itkin düşənlərin sayı 50-yə çatıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. İndoneziyanın Banten əyalətinin Çikande bölgəsində yerləşən şirniyyat fabrikində baş verən yanğın ciddi nəticələr doğurub. Hadisə zamanı 3 nəfərin ölümü təsdiq olunub, 50 nəfər isə itkin düşüb. Yanğın “PT Fonusa Agung Mulia” fabrikinə baş verib. Axtarış-xilasetmə əməliyyatları zamanı hadisə yerindən yeddi meyit torbası çıxarılıb. Hazırda itkin düşən 36 nəfərin axtarışları intensiv şəkildə davam etdirilir. İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin (BASARNAS) məlumatına görə, yanğın nəticəsində 15 nəfər xilas edilib. Bu şəxslərdən 4-ü xəstəxanaya yerləşdirilib. Yanğının baş vermə səbəbi hələlik araşdırılmaqdadır. Hadisə Banten əyalətinin Çikande sənaye ərazisində qeydə alınıb və ölkədəki fabrik yanğınlarında təhlükəsizlik məsələlərinin daha da önəmli olduğunu bir daha ortaya qoyub.