Bakıda supermarketdən yağ oğurlayan kişi həbs olunmadı

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Bakının Xəzər rayonunda yerləşən "Tam store" supermarketindən 2 ədəd "Valio" markalı yağ oğurladığı üçün 51 yaşlı Fikrət Şükürov məhkəmə tərəfindən həbs olunmayıb. Onun barəsində müvafiq maddə ilə protokol tərtib edilib.
Hadisə "Tam store" supermarketlər şəbəkəsinin Xəzər rayonu ərazisindəki filialında baş verib. Şükürov, dəyəri 26 manat 95 qəpik olan iki ədəd yağ oğurlayaraq Binə qəsəbəsindəki evinə gedib. Sonradan, çörək almaq üçün yenidən həmin marketə daxil olmaq istərkən mühafizəçilər tərəfindən saxlanılıb və polisə təhvil verilib.
Fikrət Şükürov öz əməlindən peşman olduğunu, bu cür davranışın onun üçün ilk dəfə olduğunu bildirib. Məhkəmə prosesində onun etirafı, peşmanlığı və iki övladı olduğu nəzərə alınıb.
Qərara əsasən, Fikrət Şükürov 160 saat ictimai işlər cəzasına məhkum olunub. Bu müddətdə o, elektron nəzarət cihazını da daşıyacaq.