Məşhur üzgüçü Hörmüzü üzərək keçdi - Nələr gördü?

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Britaniyalı üzgüçü Lyuis Pyu, ABŞ-İran müharibəsinin dəniz ekosisteminə olan təhlükəsinə diqqət çəkmək məqsədilə Hörmüz boğazını üzərək keçib. Üzgüçü, bu məsafəni 15 kilometrdən çox qət edərək, marşrutunu üç gün ərzində tamamlayıb.
Pyu, üzməyə başladıqdan qısa müddət sonra iki güclü partlayış səsi eşidib. O, 4 kilometr məsafədə zədələnmiş bir neft tankerini görüb. Üzgüçünün bildirdiyinə görə, partlayışlardan sonra ərazidə qırıcı təyyarələrin peyda olması, təhlükəsizlik baxımından ərazidən uzaqlaşmağa səbəb olub.
İkinci gün, Pyu limana qayıdarkən qaz tankerinə hücumun baş verdiyinə şahid olub. Hadisə zamanı gəminin üzərində alovlar yüksəlib və ətraf sularda ciddi yanğın hadisəsi baş verib. Bu, regionun təhlükəsizliyini daha da risk altına alıb.
Pyu, zədələnmiş tankerlərdən dənizə neft sızmasının canlı aləmə, mərcan riflərinə və sahil zolağına ciddi zərər vuracağına diqqət çəkib. Onun qiymətləndirməsinə görə, ekosistemin əvvəlki vəziyyətinə geri dönməsi onilliklər tələb edə bilər.