Ezonn Xəbər

Zelenski: Rusiya bir həftədə Ukraynaya 2700-ə yaxın PUA və 165 raket atıb

Zelenski: Rusiya bir həftədə Ukraynaya 2700-ə yaxın PUA və 165 raket atıb
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir. Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya qüvvələrinin son bir həftə ərzində Ukraynanın 20 regionunu hədəf aldığını bildirib. Onun açıqlamasına görə, bu müddət ərzində ölkəyə 2700-ə yaxın pilotsuz uçuş aparatı (PUA) və 165 raket atılmışdır. Zelenski, bu raketlərin əhəmiyyətli hissəsinin ballistik raketlərdən ibarət olduğunu, bəzi raketlərin isə Şimali Koreya istehsalı olduğunu vurğuladı. O, Rusiyanın Pxenyana bu raketlərin dəqiqliyini artırmaq üçün yardım etdiyini iddia etdi. Dımer qəsəbəsində baş verən dron hücumu nəticəsində bir beşmərtəbəli yaşayış binasının bir hissəsi dağılmışdır. Hadisə yerində 9 nəfər təxliyə edilib, lakin daha 14 nəfərlə əlaqə saxlamaq mümkün olmayıb. Onların dağıntılar altında qala biləcəyi ehtimal edilir. Eyni zamanda, Zaporojyədəki yaşayış binalarına endirilən aviasiya zərbələri nəticəsində bir uşaq yaralanıb. Bu hadisələr sonrasında Zelenski, ABŞ-dan “Patriot” raketlərinin Ukraynaya təhvil verilməsi üçün icazə tələb etdiyini açıqladı. Ukrayna lideri, hava hücumundan müdafiənin gücləndirilməsinə də çağırış edib. Axtarış-xilasetmə əməliyyatları hələ də davam edir.