Ezonn Xəbər

Ronaldonun nəhəng heykəli qoyuldu - VİDEO

Ronaldonun nəhəng heykəli qoyuldu - VİDEO
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Çinin Şanxay şəhərində, Şərqi Nankin küçəsində yerləşən yeni "CR7" muzeyinin qarşısında Kriştiano Ronaldonun nəhəng 7 metrlik heykəlinin rəsmi açılışı baş tutdu. Heykəl, futbolçunun məşhur "Siuuu" qol sevincini əks etdirir. Mərasimdə 41 yaşlı Ronaldonun özü iştirak etməsə də, onun böyük qardaşı Huqo Aveyro və dostu Migel Payşao tədbirə qatılaraq azarkeşlərlə birlikdə "Siuuu" sevincini nümayiş etdirdilər. Bu an, futbolsevərlərin diqqətini cəlb etdi. “CR7” muzeyi 3000 kvadratmetr sahədə fəaliyyət göstərir və burada 10 tematik zona, 40-dan çox eksponat, interaktiv bölmələr və Ronaldonun Madeyradakı uşaqlıq otağının bərpası mövcuddur. Muzey, ziyarətçilərə futbolçunun karyerası ilə bağlı unikal anlar yaşatmağı hədəfləyir. Heykəl 2026-cı ilin dekabrına qədər nümayiş etdiriləcək. Muzey isə bir il ərzində açıq olacaq, bu müddətdə azarkeşlər futbol tarixinin bu ikonik figuru ilə bağlı daha çox məlumat əldə edə biləcəklər.