Ezonn Xəbər

Ən gənc əhalisi olan ölkələrin REYTİNQİ - Azərbaycan neçənci yerdədir?

Ən gənc əhalisi olan ölkələrin REYTİNQİ - Azərbaycan neçənci yerdədir?
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. "Visual Capitalist" platformasının analitikləri BMT və UNICEF-in məlumatlarına istinad edərək dünyanın yaş quruluşunu araşdırıb. Bu araşdırmanın nəticəsində, Mərkəzi Afrika Respublikası 56,2 faiz ilə dünyanın ən gənc əhalisinə malik ölkəsi olaraq müəyyən edilib. İkinci yerdə 53,3 faizlə Niger, üçüncü yerdə isə 53 faiz ilə Somali durur. İlk onluqda, Mali (52,9%), Çad (52,7%), Konqo Demokratik Respublikası (52,5%), Burundi (51,4%), Mozambik (51,1%), Anqola (50,8%) və Uqanda (50,2%) da yer alıb. Bu ölkələrin gənc əhalisi, 18 yaşadək şəxslərin ümumi əhalidəki nisbətini əks etdirir. Müstəqil Dövlətlər Birliyi (MDB) ərazisində Tacikistan 41,7 faizlə ən yüksək gənc əhali göstəricisinə malikdir və dünya reytinqində 53-cü yerdədir. Qırğızıstan 37,5 faiz (63-cü yer) və Özbəkistan 36,2 faiz (70-ci yer) ilə onu izləyir. Araşdırmanın nəticələrindən aydın olur ki, dünyadakı bəzi ölkələrdə, o cümlədən Çində doğum əmsalı kritik səviyyəyə enib, bu da onların demoqrafik problemlərə işarə edir. Burada doğum əmsalı yalnız 1–1,60 arasında dəyişir, halbuki nəsillərin sadə əvəzlənməsini təmin etmək üçün bu göstərici 2,1 uşaq olmalıdır. Qlobal reytinqin sonuncu yeri isə Honkonqa məxsusdur. Burada 18 yaşadək şəxslərin əhalidəki payı 12,6 faiz təşkil edir. Bu cür aşağı göstəricilər demoqrafik problemlərin artmasına səbəb ola bilər.