Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 22-də qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirib. Bu barədə DİM-in verdiyi məlumatda bildirilib ki, imtahan Mərkəzin elektron imtahanlar korpusunda təşkil olunmuşdur.
İmtahanda 246 namizəd iştirak edib. Nəticələrə əsasən, namizədlərdən 147-si təsdiqlənmiş şərtləri yerinə yetirərək uğur qazanıb. İmtahanın müddəti bir saat olub və iştirakçılar imtahan başa çatdıqdan sonra nəticələri ilə tanış ola biliblər.
Uğurla keçən namizələrə müvafiq qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə şəhadətnamə təqdim ediləcək. İmtahandan keçməyən şəxslərin isə növbəti imtahanlarda iştirak etmə hüququ vardır.
İmtahan nəticələrinə dair Apellyasiya Komissiyası noyabrın 23-dən 25-ə qədər, gündəlik saat 14:00-dan 17:00-dək DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında fəaliyyət göstərəcək. Nəticələr DİM-in rəsmi saytında da yayımlanacaq.